Koreya Azərbaycanda kəhrizlərin bərpasına 1,2 mln. dollar ayırıb

Koreya Azərbaycanda kəhrizlərin bərpasına 1,2 mln. dollar ayırıb
# 26 may 2022 10:18 (UTC +04:00)

“Koreya hökuməti Azərbaycanda kəhrizlərin bərpası layihəsinə 1,2 milyon dollar vəsait ayırıb".

APA xəbər verir ki, bunu “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinə həsr olunmuş beynəlxalq konfransda Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin ölkə üzrə Direktoru Moon Jong Hyun deyib.

O bildirib ki, bu layihə tamamlandıqdan və 8 000 məcburi köçkün öz yurd-yuvalarına qayıtdıqdan sonra onların təmiz su ilə təmin olunacağına ümid edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR