Koreya Respublikası KXDR-ə qarşı sanksiya tətbiq edib

Koreya Respublikası KXDR-ə qarşı sanksiya tətbiq edib
# 02 dekabr 2022 07:24 (UTC +04:00)

Cənubi Koreya hökuməti Şimali Koreyanın nüvə proqramına məsul 8 şəxsə sanksiya tərbiq etməyə qərar verib.

APA xəbər verir ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Bildirilir ki, raket sınaqlarına cavab tıədbiri olaraq KXDR-in 7 hüquqi və 8 fiziki şəxsinin adları əlavə sanksiyalar siyahısına salınıb. Bu artıq Seulun tətbiq etdiyi ikinci saynksiyadır. Oktyabrda 15 fiziki və 16 hüquqi şəxs qara siyahıya alınmışdı.

Qeyd edək ki, bir müddət əvvəl Yaponiya KXDR-dən olan yüzdən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR