Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb

Respublika Reabilitasiya Mərkəzi

© APA | Respublika Reabilitasiya Mərkəzi

# 25 yanvar 2022 13:26 (UTC +04:00)

Koronavirusa yoluxma səbəbindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb.

Bununla bağlı APA-ya açıqlama verən Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov bildirib ki, Respublika Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərin həm stationar, həm ambulator qaydada tibbi-sosial reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir: “Son günlərdə 50 çarpayılıq müəssisədə xidmətlər alan əlilliyi olan şəxslərin bir neçəsində “COVİD-19” virusu aşkarlandığına görə virusun yayılmaması üçün müəssisəyə qəbul 31.01.2022-ci ilədək müvəqqəti dayandırılıb.

Hazırda mərkəzdə profilaktik tədbirlər görülür və dezinfeksiya işləri aparılır. Qeyd olunan tarixdən sonra yenidən qəbula başlanacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR