KTM: Hamiləlikdə anemiya erkən doğuşa səbəb olur

KTM: Hamiləlikdə anemiya erkən doğuşa səbəb olur
# 10 iyun 2022 14:48 (UTC +04:00)

“İnkişaf etməkdə olan ölkələrdə hamilələr arasında anemiya göstəricisi 80%-dən yuxarıdır”.

APA xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin Qadın məsləhətxanasının müdiri Leyla Məmmədova deyib.

O bildirib ki, anemiya xəstəliyinin statistikasına baxdıqda hamilələr risk qrupuna daxildir:

“Ümumiyyətlə qadınlarda bu hala daha çox rast gəlinir. Hamiləlik, laktasiya və yetkinlik dövründə dəmir azlığı bu xəstəliyin risk səviyyəsini olduqca artırır. Vegeterianlar da risk qrupuna daxildir. Hamilə xanımlar Qadın məsləhətxanasına tez-tez müraciət etməlidirlər. Belə olan halda bu kimi hallar erkən müəyyən edilir. Bəzən xanımlar hamiləliyin 20-ci həftəsində müraciət edirlər. Qan azlığı həm dölə, həm də anaya çox ciddi təsir göstərir. Hemoqlobin səviyyəsi aşağıdırsa, anada oksigen qıtlığı yaranır. Hamiləlik dövründə anemiya erkən doğuş hallarına da səbəb olur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR