Küləkli havada daha iki nəfər xəsarət alıb

Küləkli havada daha iki nəfər xəsarət alıb
# 09 fevral 2023 14:33 (UTC +04:00)

Küləkli havada daha 2 nəfər xəsarət alıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

“Küləkli hava şəraiti ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 2 müraciət daxil olub” - deyə bildirilib.

Qeyd olunub ki, bir nəfər kişi qabırğaların sınığı diaqnozu, bir nəfər qadın isə başın səthi travması, baş-beynin silkələnməsi ilə tibb müəssisəsinə hospitalizasiya edilib.

Aləmdə Nəsib

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR