Kürdəmirdə sex yanıb

Kürdəmirdə sex yanıb
# 10 yanvar 2022 08:48 (UTC +04:00)

Kürdəmir rayonunun Yenikənd kəndində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 60 m² olan talvarın (dülgər sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 20 m² sahədə, altında 0,5 m³ taxta material və qismən 1 ədəd dəzgah yanıb. Talvarın və taxta materiallarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR