Kürün deltasının dəyişmə istiqamətlərinin modeli hazırlanacaq

Kürün deltasının dəyişmə istiqamətlərinin modeli hazırlanacaq
# 05 iyul 2022 12:17 (UTC +04:00)

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Neftli-qazlı hövzələrin litogenezisi, Hidrogeologiya və geoekologiya və digər şöbələrinin əməkdaşları “Müasir Kür çayı deltasının formalaşması və dəyişməsinə təsir edən amillərin qiymətləndirilməsi” mövzusu üzrə Kür çayı deltası ərazisində müxtəlif istiqamətli tədqiqat işləri aparıblar.

AMEA-dan APA-ya verilən xəbərə görə, ekspedisiyanın rəhbəri, coğrafiya elmləri doktoru Vaqif Məmmədov bildirib ki, respublikamızın ən böyük çayı olan Kürün deltasının həm quru (sahəsi 170km2-ə yaxın), həm də dənizin su altında olan ərazisi zaman-zaman təbii və antropogen amillərlə müxtəlif dəyişmələrə məruz qalır. Ekspedisiya iştirakçıları bununla bağlı Kür çayı deltası ərazisində şaquli elektrik zondlama, hidrogeoloji, litoloji və s. tədqiqatlar reallaşdırıblar. Tədqiqat əsasında deltanın dəyişmə istiqamətlərinin modelinin hazırlanması nəzərdə tutulur ki, bunun əsasında yarana biləcək bir sıra neqativ hadisələrin proqnozunu söyləmək mümkün olacaq.

Hazırda ekspedisiya zamanı ölçülmüş parametrlər, götürülmüş su və süxur nümunələri ətraflı təhlil edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR