Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu davam etdirib. Etirazçılar tələblərinə müsbət cavab alınan günədək etirazlarını davam etdirəcəklərini deyiblər.
Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 112 gündür davam edir.