Laçın-Xankəndi yolunda aksiya 44 gündür davam edir - FOTO - VİDEO

Laçın-Xankəndi yolunda aksiya 44 gündür davam edir - FOTO  - VİDEO
# 24 yanvar 2023 08:21 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA xəbər verir ki, aksiya bütün gecə boyu havanın şaxtalı olmasına baxmayaraq səhərə qədər davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ekofəallar aksiyanın 44-cü günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR