Laçın-Xankəndi yolunda aksiya 47 gündür davam edir - FOTO - VİDEO

Laçın-Xankəndi yolunda aksiya 47 gündür davam edir - FOTO  - VİDEO
# 27 yanvar 2023 08:14 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA- nın Şuşa şəhərinə ezam olunan müxbiri xəbər verir ki, aksiya səhərə qədər davam etdib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 47-ci günündə də etirazlarını davam etdirir, müxtəlif şüarlar səsləndirirlər.

Şuşada havanın tempraturu hazırda -5 dərəcədir

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR