Laçın-Xankəndi yolunda aksiya 55 gündür davam edir - FOTO - VİDEO

Laçın-Xankəndi yolunda aksiya 55 gündür davam edir - FOTO  - VİDEO
# 04 fevral 2023 08:08 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 55-ci günündə də müxtəlif şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR