Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən RSK-nın daha 2 minik avtomobili keçib - VİDEO - YENİLƏNİB

Laçın-Xankəndi yolunda aksiya keçirilən yerdən RSK-nın daha 2 minik avtomobili keçib   - VİDEO  - YENİLƏNİB
# 29 dekabr 2022 15:22 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-nə məxsus 2 minik avtomobili Laçından Xankəndiyə keçid edib.

Avtomobillərin aksiya keçirilən yerdən sərbəst hərəkətinə şərait yaradılıb.

***

12.43

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən Laçına 4, Laçından Xankəndiyə isə 1 təminat avtomobili keçid edib.

Avtomobillərin aksiya keçirilən yerdən maneəsiz, sərbəst hərəkətinə şərait yaradılıb.

Aksiya iştirakçıları yoldan çəkilərək RSK-nə məxsus avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR