Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edir - VİDEO - FOTO

Laçın-Xankəndi yolundakı aksiya 110 gündür davam edir - VİDEO  - FOTO
# 31 mart 2023 06:53 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar hava şəraitinin soyuq və küləkli olmasına baxmayaraq, aksiyanı gecəboyu da davam etdiriblər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 110 gündür davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR