Laçın-Xankəndi yolundakı aksiya 111 gündür davam edir - FOTO

Laçın-Xankəndi yolundakı aksiya 111 gündür davam edir - FOTO
# 01 aprel 2023 09:01 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, ictimai fəallar hava şəraitinin qarlı və şaxtalı olmasına baxmayaraq aksiyanı gecəboyu davam etdirib. Hazırda havanın temperatoru -2 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 111 gündür davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR