Laçın-Xankəndi yolundakı aksiya 60 gündür davam edir - FOTO

Laçın-Xankəndi yolundakı aksiya 60 gündür davam edir - FOTO
# 09 fevral 2023 08:07 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA- nın Şuşa şəhəri.ezam olunan müxbiri xəbər verir ki, aksiya gecə boyu davam edib.

Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirməklə başlayıblar.

Ekofəallar aksiyanın 60-cı günündə havanın qarlı və şaxtalı olmasına baxmayaraq müxtəlif şüarlar səsləndirirlər.

Hazırda havanın tempraturu -4 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR