Laçın-Xankəndi yolundan BQXK-nın 6 avtomobili maneəsiz keçid edib - YENİLƏNİB

Laçın-Xankəndi yolundan BQXK-nın 6 avtomobili maneəsiz keçid edib - YENİLƏNİB
# 22 mart 2023 16:34 (UTC +04:00)

Səhər saatlarında Xankəndi şəhərindən gəlib, Laçın istiqamətinə keçən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 2 minik avtomobili geriyə qayıdıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bundan başqa ötən gün İrəvan istiqamətinə keçən BQXK-ya məxsus 4 yük avtomobili də Xankəndinə qayıdıb.

***

11:33

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 2 minik avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR