Laçın-Xankəndi yolundan BQXK-nın 8 avtomobili keçib - FOTO - VİDEO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan BQXK-nın 8 avtomobili keçib - FOTO  - VİDEO  - YENİLƏNİB
# 04 fevral 2023 15:53 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçına gedən BQXK avtomobilləri geriyə - Xankəndiyə qaydıb.

***

09.12

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus yeddi minik, bir yük maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR