Laçın-Xankəndi yolundan BQXK-nın maşınları keçib - VİDEO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan BQXK-nın maşınları keçib - VİDEO  - YENİLƏNİB
# 09 fevral 2023 15:30 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 minik maşını aksiya keçirilən ərazidən Xankəndiyə keçid edib.

Qeyd edək ki, BQXK maşınları səhər saatlarında Xankəndidən Laçın istiqamətinə keçmişdi.

***

09.15

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 4 minik maşını aksiya keçirilən ərazidən Laçın istiqamətinə maneəsiz keçid edib. Avtomobillərdə mülkü erməni ailələr olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR