Laçın-Xankəndi yolundan BQXK-nın maşınları keçib - YENİLƏNİB - VİDEO

Laçın-Xankəndi yolundan BQXK-nın maşınları keçib - YENİLƏNİB  - VİDEO
# 30 yanvar 2023 15:39 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik avtomobili Laçından Xankəndiyə doğru keçid edib.

Həmin avtomobillər səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət etmişdi.

***

09.24

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl yoldan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus altı minik avtomobili Xankəndidən Laçın istiqamətinə keçib.

Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR