Laçın-Xankəndi yolundan içində erməni əsilli sakinlər olan BQXK avtomobilləri maneəsiz keçid edib - FOTO - YENİLƏNİB

Laçın-Xankəndi yolundan içində erməni əsilli sakinlər olan BQXK avtomobilləri maneəsiz keçid edib - FOTO  - YENİLƏNİB
# 28 mart 2023 15:43 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə maneəsiz keçid edən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər geri qaydıb. Həri iki istiqamətə gedən minik avtomobillərində erməni əsilli sakinlər olub.

***

09.10

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 1 yük, 7 minik avtomobili Laçın istiqamətinə maneəsiz keçid edib.

Minik avtomobillərdə erməni əsilli sakinlər olub.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR