Laçın-Xankəndi yolundan RSK-nın daha 19 maşını keçib -VİDEO - YENİLƏNİB-3

Laçın-Xankəndi yolundan RSK-nın daha 19 maşını keçib -VİDEO  - YENİLƏNİB-3
# 01 fevral 2023 16:26 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 19 maşından ibarət avtomobil karvanı Laçından Xankəndinə maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, onlardan 1-i minik və 18-i isə yük maşını olub.

***

12:09

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 4 yük maşını Xankəndindən Laçına maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarından indiyədək RSK-ya məxsus ümumilikdə 25 avtomobil aksiya keçirilən ərazidən keçid edib.

***

11:07

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus avtomobil karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Avtomobil karvanı 16 maşından ibarət olub.

***

10.51

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus bir minik maşını Xankəndidən Laçın istiqamətinə, bir yük maşını isə Laçından Xankəndiyə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

10.07

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus 3 yük maşını Xankəndidən Laçın istiqamətinə maneəsiz keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR