Laçın-Xankəndi yolundan RSK-nın 4 maşını keçib - FOTO - VİDEO

Laçın-Xankəndi yolundan RSK-nın 4 maşını keçib - FOTO  - VİDEO
# 10 yanvar 2023 10:12 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl aksiya keçirilən yerdən RSK-nın "UAZ" markalı hərbi tibb avtomobili və "KamAZ" markalı maşını Xankəndidən Laçına doğru keçib.

Bundan başqa, RSK-nın 2 minik avtomobili də Xankəndidən Laçına doğru hərəkət edib.

Aksiyaçılar yoldan çəkilərək maşın karvanının keçməsinə şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR