Laçın-Xankəndi yolundan RSK-nın daha 11 maşını keçib - VİDEO - YENİLƏNİB-3

Laçın-Xankəndi yolundan RSK-nın daha 11 maşını keçib - VİDEO  - YENİLƏNİB-3
# 05 fevral 2023 17:50 (UTC +04:00)

Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidən Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 11 maşından ibarət karvan Laçından Xankəndinə maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

***

saat 16.08

Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidən Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha 2 təchizat maşını Xankəndindən Laçına maneəsiz keçid edib.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, səhər saatlarından indiyədək Laçın-Xankəndi yolundan ümumilikdə RSK-nın 36 maşını maneəsiz keçid edib.

Aksiya iştirakçıları RSK-ya məxsus maşınların maneəsiz keçidinə şərait yaradıblar.

***

saat 10.48

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK nə məxsus 15 maşından ibarət karvan Xankəndindən Laçına maneəsiz keçid edib.

***

saat 10.40

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-nə məxsus bir minik, 6 təchizat maşın Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazidən maneəsiz keçərək Laçın istiqamətinə gedib.

Bu gün indiyədək RSK-nə məxsus 11 maşın aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

© APA | Laçın-Xankəndi yolu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR