Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn RSK-ya məxsus 3 yük avtomobili aksiya keçirilən yoldan maneəsiz keçərək Xankəndiyə, Xankəndindən gələn minik maşını isə Laçın istiqamətinə gedib.
***
13:54
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılır.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı Laçın- Xankəndi yolundan maneəsiz keçid edib. Laçın istiqamətindən gələn 31 maşından ibarət karvanının Xankəndi, Xankəndi istiqamətindən gələn 3 yük maşınının isə Laçın istiqamətinə maneəsiz keçidi reallaşıb.
***
12:28
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 24 maşından ibarət karvan maneəsiz keçid edib. Xankəndindən gələn maşın karvanı Laçın istiqamətinə hərəkət edib.
***
10:55
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Xankəndindən gələn 1 yük, 1 minik avtomobili Laçın istiqamətinə, Laçın istiqamətindən gələn 3 yük maşını isə Xankəndiyə keçib.