Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - YENİLƏNİB-1 - FOTO

Laçın-Xankəndi yolundan RSK-nın daha bir maşın karvanı keçib - YENİLƏNİB-1  - FOTO
# 29 mart 2023 14:59 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Laçın istiqamətindən gələn karvan 29 maşından ibarət olub. Səhər saatlarından indiyədək RSK-ya məxsus 80 avtomobil aksiya keçirilən yoldan maneəsiz keçid edib.

***

12.08

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus maşın karvanı aksiya keçirilən ərazidən maneəsiz keçid edib. Xankəndidən gələn 3 minik, 34 yük maşınından ibarət karvan Laçın istiqamətinə gedib.

***

08.44

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb. Laçın istiqamətindən gələn, RSK-ya məxsus bir tibb və beş yük avtomobili Xankəndiyə gedib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR