Laçın-Xankəndi yolundan RSK-nın avtomobillərinin maneəsiz keçidi davam edir - FOTO - YENİLƏNİB-2 - VİDEO

Laçın-Xankəndi yolundan RSK-nın avtomobillərinin maneəsiz keçidi davam edir - FOTO   - YENİLƏNİB-2  - VİDEO
# 23 mart 2023 17:20 (UTC +04:00)

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn RSK-ya məxsus 3 yük avtomobili aksiya keçirilən yoldan maneəsiz keçərək Xankəndiyə, Xankəndindən gələn minik maşını isə Laçın istiqamətinə gedib.

***

13:54

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılır.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus daha bir maşın karvanı Laçın- Xankəndi yolundan maneəsiz keçid edib. Laçın istiqamətindən gələn 31 maşından ibarət karvanının Xankəndi, Xankəndi istiqamətindən gələn 3 yük maşınının isə Laçın istiqamətinə maneəsiz keçidi reallaşıb.

***

12:28

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus 24 maşından ibarət karvan maneəsiz keçid edib. Xankəndindən gələn maşın karvanı Laçın istiqamətinə hərəkət edib.

***

10:55

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

Xankəndindən gələn 1 yük, 1 minik avtomobili Laçın istiqamətinə, Laçın istiqamətindən gələn 3 yük maşını isə Xankəndiyə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR