Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK -nın səhər saatlarında Xankəndidən gəlib aksiya keçirilən ərazidən Laçın istiqamətinə gedən maşın karvanları geri qaydıb. Sonuncu maşın karvanında 1 minik, 18-i yük maşını olub.
***
12.33
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Xankəndidən Laçına RSK-nın 14 maşından ibarət karvanı keçib.
***
11.33
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə RSK-nın 3 hərbi təyinatlı avtomobili, Laçından Xankəndiyə isə 4 yük maşını maneəsiz keçid edib.
***
10.28
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus 4 yük, 1 minik avtomobili Xankəndidən Laçına maneəsiz keçid edib.
***
09.45
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 3 maşından ibarət avtomobil karvanı Xankəndindən Laçına maneəsiz keçid edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, onlardan 1-i minik və 2-si isə yük maşını olub.
***
09:08
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn RSK-nə məxsus maşın karvanı Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazidən maneəsiz keçid edib.
Maşın karvanı 6 yük maşınından ibarət olub.