Laçın -Xankəndi yolundan RSK ya məxsus daha bir maşın karvanı maneəsiz keçid edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Laçın istiqamətindən gələn karvan Xankəndiyə keçib. Karvan 33 avtomobildən ibarət olub.
***
17.51
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl Laçın istiqamətindən gələn RSK-ya məxsus 1 minik, 2 yük avtomobili Xankəndiyə gedib.
***
16.43
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus avtomobillərin maneəsiz keçidinə növbəti dəfə şərait yaradılıb. Xankəndidən gələn 3 yük, 1 tibb maşını Laçın istiqamətinə gedib.
***
12.18
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus maşın karvanı yoldan maneəsiz keçid edib. Xankəndidən gələn 16 maşın Laçın istiqamətinə hərəkət edib.
***
11.37
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK-ya məxsus tibb və yük maşınları Xankəndiyə, Xankəndidən gələn bir minik, iki yük maşını isə Laçın istiqamətinə keçib.
***
10.57
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl RSK-ya məxsus 8 avtomobilin yoldan maneəsiz keçidinə şərait yaradılıb.
***
09.45
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, RSK- ya məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.
Laçın istiqamətindən gələn bir minik avtomobili Xankəndiyə keçib.