Laçın-Xankəndi yolundan RSK-ya məxsus daha 2 avtomobil keçib

Laçın-Xankəndi yolundan RSK-ya məxsus daha 2 avtomobil keçib
# 19 yanvar 2023 21:57 (UTC +04:00)

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin sərbəst keçidi davam edir.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, son bir saat ərzində Laçından Xankəndi istiqamətinə 2 yük avtomobili keçib.

Bu gün gün ərzində Rusiya Sülhməramlı kontingentə və Beynəlxalq Qızıl Xaç Komitəsinə aid ümumilikdə 65 avtomobil aksiya ərazisindən keçib.

Aksiya iştirakçıları heç bir maneə törətmədən onların keçidinə şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR