Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl aksiya keçirilən yerdən RSK-nın 2 minik, bir yük avtomobili Laçından Xankəndiyə maneəsiz keçid edib.
Səhər saatlarından indiyədək RSK-yə məxsus 16 maşının maneəsiz keçidinə şərait yaradılıb.
***
11.50
Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobil karvanının maneəsiz keçidinə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, 8 avtomobildən ibarət karvan Xankəndidən Laçına keçid edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.
***
11:25
Laçın-Xankəndi yolunda Xankəndindən Laçına bir minik avtomobili maneəsiz keçid edib.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bu gün səhər saatlarından indiyədək 7 avtomobil keçid edib.
Bunlardan 4-ü Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsusdur.