Laçın yolundan RSK-nın daha bir minik maşını keçib - FOTO - YENİLƏNİB

Xankəndidən Laçına keçən avtomobil

© APA | Xankəndidən Laçına keçən avtomobil

# 08 yanvar 2023 16:28 (UTC +04:00)

Bu gün Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus daha bir minik avtomobilinin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, minik avtomobili Laçından Xankəndiyə keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

***

saat 11.25

Bu gün Xankəndi- Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus minik avtomobilinin maneəsiz keçidinə şərait yaradılıb.

APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, bir qədər əvvəl minik avtomobili Xankəndidən Laçına keçid edib.

Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR