Lənkəran Peşə Məktəbinin hoteli olacaq

Ceyhun Kərəmov

© APA | Ceyhun Kərəmov

# 08 sentyabr 2022 13:08 (UTC +04:00)

Lənkəran Peşə Məktəbinin özünün hoteli olacaq.

APA xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini, direktor vəzifələrini icra edən Ceyhun Kərəmov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda məlumat verib.

O bildirib ki, bu, peşə məktəblərinin özünü maliyyələşdirməsi üçün olduqca vacibdir və publik hüququ şəxsin sahibkarlıq fəaliyyəti çərçivəsində mümkün olacaq: "Tələbələr burda çalışıb, təcrübə toplayacaqlar. Müəssisə isə əldə olunan vəsait hesabına tədrisin keyfiyyətini artıra biləcək. Həmçinin burada dərsdənkənar çalışan tələbələr üçün ödənişlər də edilə bilər. Bu ilk təcrübə olacağından mexanizmi üzərində çalışacağıq. Bir ilə qədər bunun icrası ilə bağlı məlumat veriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR