Lənkəranda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib - FOTO

Lənkəranda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilib - FOTO
# 08 avqust 2022 14:06 (UTC +04:00)

Aşura günü ilə əlaqədar Lənkəranda qanvermə aksiyası keçirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, "Qan ver, yaşat!" şüarı ilə keçirilən aksiya dünəndən başlayıb, indiyədək aksiya çərçivəsində 100-ə yaxın donor iştirak edib.

Mərkəzi Qan Bankının Lənkəran bölməsində təşkil olunan qanvermə aksiyasında səhhəti imkan verənlərin hər birindən 150-200 ml qram qan götürülür.

Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı və Mərkəzi Qan Bankının Lənkəran bölməsinin tibbi personalının köməkliyi ilə həyata keçirilən aksiyada, donorlardan götürülən qanlar yoxlanıldıqdan sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyasına qatılan donorlar bu addımın böyük xeyirxahlıq olduğunu deyiblər.

Qeyd edək ki, aksiyada toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Aksiyanın saat 18-dək davam etməsi nəzərdə tutulur. Ehtiyac duyulduqda tibbi personalın günün sonuna kimi çalışacağı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR