Lənkəranda sahil zolağında təlim keçirilib - FOTO

Lənkəranda sahil zolağında təlim keçirilib - FOTO
# 26 iyul 2022 11:03 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən Xəzər dənizinin Lənkəran şəhərindəki sahil zolağında “Su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması” mövzusunda təlim keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, təlim xilasedicilərin sularda təhlükəsizliyin təmin edilməsi ilə bağlı peşə vərdişlərinin təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

Təlimdə FHN-in Cənub Regional Mərkəzinin, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Cənub dalğıc-axtarış qrupunun xilasediciləri iştirak ediblər.

Təlimdə şərti baş vermiş sudaboğulma hadisəsi zamanı axtarışlar aparılaraq “zərərçəkmiş xilas olunub, ona təxirəsalınmaz ilkin tibbi yardım göstərilib və aidiyyəti üzrə təhvil verilib”.

Təlim bitdikdən sonra nəticələri təhlil olunub, müvafiq tapşırıqlar verilib. Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR