Lerik sakini ehtiyatsızlıqdan özünə atəş açıb

Lerik sakini ehtiyatsızlıqdan özünə atəş açıb
# 20 yanvar 2022 12:18 (UTC +04:00)

Lerik Rayon Polis Şöbəsinə yanvarın 18-də Şinəband kənd sakini L.Balakişiyevin ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən ayağının topuq nahiyəsindən xəsarət alması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən APA-ya verilən mılumata görə, yaralı xəstəxanaya yerləşdirilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən L.Balakişiyevin qanunsuz saxladığı ov tüfəngi götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR