Lisey və gimnaziyalara qəbul nəticələri açıqlanıb

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 07 iyul 2022 11:34 (UTC +04:00)

2022-2023-cü tədris ili üzrə mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olunub.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, nəticələrlə şagirdlərin elektron yerdəyişmə portalında (https://sy.edu.az) şəxsi kabinetə daxil olaraq tanış olmaq mümkündür.

Valideynlər 15 iyul tarixinədək şagirdlərin qəbul olduğu lisey yaxud gimnaziyanı şəxsi kabinetdə videotəlimatda qeyd olunduğu kimi təsdiqləməlidir. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri valideynlər tərəfindən təsdiqlənmədiyi halda ləğv ediləcək. Lisey yaxud gimnaziyaya qəbul olan və valideynlər tərəfindən təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.

Qeyd edək ki, 10499 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR