Lisey və gimnaziyalara qəbul nəticələri gün ərzində elan olunacaq

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 24 iyun 2022 18:17 (UTC +04:00)

Mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul imtahanının siniflər üzrə nəticələri gün ərzində müəyyən fasilələrlə elan olunacaq.

Bu barədə APA-ya Təhsil Nazirliyindən xəbər verilib. Bildirilib ki, bu zaman şəxsi kabinetdə qeyd olunan əlaqə nömrəsinə sms bildiriş göndəriləcək.

Nəticələrlə şagirdlərin elektron yerdəyişməsi portalında (sy.edu.az/login) şəxsi kabinetinizə daxil olaraq tanış ola bilərsiniz. Nəticələrlə tanış olduqdan sonra lisey seçimi prosesi başlayacaq və bu mərhələdə şagirdlərə 3 lisey seçimi şansı veriləcək.

Qeyd edək ki, lisey seçimi iyul ayının 4-də başa çatacaq.

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı aşağıdakı kimidir:

Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:

Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası;
Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya;
Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası;
Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;
Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;
Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;
Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;
Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey;
Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya.

Digərləri:

Bakı şəhəri 16 nömrəli Lütfi Zadə adına texniki-humanitar lisey;

Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi;

Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;

Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;

Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey;

Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;

Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR