Lisey və gimnaziyalara şagirdlərin şəxsi işlərinin qəbulu başa çatıb

Lisey və gimnaziyalara şagirdlərin şəxsi işlərinin qəbulu başa çatıb
# 17 avqust 2022 17:00 (UTC +04:00)

Bu gün saat 17:00-da 2022-2023-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul olan şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi başa çatıb.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, boş qalan yerlər üçün 2-ci mərhələ 19-22 avqust tarixlərində həyata keçiriləcək. Bu mərhələdə aşağıdakı şagirdlərin iştirakına icazə verilir:

- Birinci mərhələdə seçim edib qəbul olmayanlar;

- Birinci mərhələdə seçim etməyənlər.

Bu mərhələdə valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az/login) şəxsi kabinetlərinə daxil olaraq lisey seçimi edəcək. Şagird qəbul olduğu halda avtomatik sorğu yaradılır. Daha sonra şagirdin şəxsi işləri ötən tədris ilində təhsil aldığı məktəbdən təhvil alınaraq, qəbul olduğu ümumi təhsil müəssisəsinə təhvil verilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR