Litvalı nazir müavini: Azərbaycanın sosial müavinət sisteminin elektronlaşdırılması daha da sürətlənəcək

Litvalı nazir müavini: Azərbaycanın sosial müavinət sisteminin elektronlaşdırılması daha da sürətlənəcək
# 17 yanvar 2023 10:48 (UTC +04:00)

“Hər iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlıq həmçinin sosial sektoru da əhatə edir”.

APA xəbər verir ki, bu barədə Litvanın sosial təhlükəsizlik və əmək nazirinin müavini Martinas Siurkus "Azərbaycanda pensiya islahatlarına dəstək-Faza 2" Avropa İttifaqının tvinninq layihəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, layihə Litva nazirliyinin ekspertləri tərəfindən həyata keçiriləcək: “Bu layihənin hədəfə çatması üçün sözsüz ki, əməkdaşlarımız əllərindən gələni edəcəklər. Azərbaycanın sosial müavinət sisteminin elektronlaşdırılması prosesi, modernləşməsi daha da sürətlənəcək. Bu layihə həm də bizim əməkdaşlığımıza yaxşı töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR