"Lotu Quli"nin adından istifadə edib 12 milyonluq əmlak ələ keçirən şəxsə cəza istənilib

"Lotu Quli"nin adından istifadə edib 12 milyonluq əmlak ələ keçirən şəxsə cəza istənilib
# 20 may 2022 17:17 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Vüsal Axundovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
APA xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror Vüsal Axundovun verilmiş ittihamlarla təqsirli bilinərək 16 il azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, Vüsal Axundov əmisi oğlu Emin Axundovun əmlakını ələ keçirib.
O, sahibkar əmisi oğluna kriminal avtoritet "Lotu Quli"ləqəbi ilə tanınan Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirməkdə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR