Magistraturaya qəbul üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib

Magistraturaya qəbul üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib
# 30 yanvar 2023 17:25 (UTC +04:00)

Magistraturaya qəbul olmaq istəyənlər üçün keçirilmiş sınaq imtahanının nəticələri elan edilib.

DİM-dən APA-ya verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi yanvarın 29-da keçirilmiş sınaq imtahanının nəticələrini bu gün saat 17:00-dan etibarən elan edib.

Hər bir iştirakçı DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Bakalavrlar imtahan nəticələri barədə məlumatı, iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 566 nəfərdən 28 nəfər imtahana gəlməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR