Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan hallar genişlənib

Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan hallar genişlənib
# 06 fevral 2023 17:41 (UTC +04:00)

Malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımları alınmayan hallar genişlənib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

Qərara əsasən, bu sıraya silah və texnikanın alınması daxil olmaqla, dövlət müdafiə sifarişləri, Azərbaycan Respublikası Silahlı

Qüvvələrinin tərkib hissəsi olan qurumlar tərəfindən bağlanmış müqavilələr və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında hərbi təyinatlı malların idxalı və hərbi təyinatlı malların təmiri üçün müvəqqəti ixrac və təkrar idxal əməliyyatları halları daxil edilib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR