Marneulidə 13 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar

Marneulidə 13 yaşlı qızı evlənmək məqsədilə qaçırıblar
# 15 avqust 2022 12:18 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Təzəkənd kəndində 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə yerli ictimai fəal Samirə Bayramova sosial şəbəkə hesabında məlumat yayıb. Onun sözlərinə görə, ötən gün 13 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Ailəsi qızlarını qaçıran oğlanı və ailəsini tanımadığını bildirib.

Məlumata görə, faktla bağlı polisə müraciət edilib. Gürcüstanın Ombudsman aparatının məsələ ilə məşğul olduğu bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR