Mayın 1-5-də məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün tətil olacaq

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 26 aprel 2022 11:37 (UTC +04:00)

1-5 may tarixləri ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üçün əlavə tətil günləridir.

APA xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, tətildən sonrakı ilk dərs günü 6 may tarixinə təsadüf edir.

Qeyd edilib ki, 1-5 may tətili ümumi təhsilin ümumi orta və tam orta təhsil səviyyələrinə şamil edilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR