Mayın 8-də tədrisi fərqli dildə aparılan şagirdlər Azərbaycan dili imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi

© APA | Dövlət İmtahan Mərkəzi

# 29 aprel 2022 16:14 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, mayın 8-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR