Məcburi sosial sığorta haqları 300 milyon manata qədər artıb

sosial sığorta

© APA | sosial sığorta

# 11 may 2022 12:26 (UTC +04:00)

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2020-ci illə müqayisədə 8 faiz və ya 290,2 milyon manat artaraq 3 milyard 843,4 milyon manat təşkil edib.

APA xəbər verir ki, bu, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, bu vəsaitin 63,5 faizi və ya 2441,2 milyon manatı qeyri-büdcə sektorunun payına düşməklə, 2020-ci ilin müvafiq göstəricisinə nisbətən 11,8 faiz və ya 258,2 milyon manat çox olub.

Hesabat dövründə büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş məcburi dövlət sosial sığorta haqlarının məbləği 1402,2 milyon manat və ya proqnozlaşdırılan məbləğin 104 faizi qədər olub. Sair gəlirlər (maliyyə sanksiyaları, faizlər, sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi, səhvən daxil olmuş vəsaitlərin geri qaytarılması, artıq və səhvən ödənilmiş pensiya və müavinət məbləğlərinin qaytarılması və s.) üzrə daxilolmalar 27,2 milyon manat təşkil edib.

DSMF-nin büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin DSMF-nin gəlirlərində nisbi payı 2018-ci illə müqayisədə 2021-ci ildə 10,4 faiz azalaraq 25,2 faiz təşkil edib ki, bu da DSMF-nin dövlət büdcəsindən aslılığının azalması və maliyyə dayanıqlığının möhkəmlənməsinin əsas göstəricilərindəndir.

Qeyd edək ki, 2021-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 5178 milyon manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR