“Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq konfrans keçiriləcək

Şuşa qalası

© APA | Şuşa qalası

Foto al #
# 20 may 2022 15:14 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhəri üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Mədəniyyət Nazirliyi, ADA Universiteti, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində 2022-ci il sentyabr ayının 18-19-da “Mədəniyyətin iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

APA xəbər verir ki, Təşkilat komitəsinin məlumatında konfransda aşağıdakı istiqamətlər üzrə məruzələrin dinləniləcəyi bildirilir:

- Qarabağda yeni iqtisadiyyat quruculuğu və mədəniyyət sahələrinin inkişafı;

- Şuşada kreativ iqtisadiyyatın formalaşdırılması.

Təqdim olunmuş məruzələrin arasından Təşkilat komitəsi tərəfindən seçilmiş iştirakçılar Konfransa ayrıca dəvət alacaqlar.

Məruzələr Azərbaycan (türk), rus və ingilis dillərinin birində elektron formada təqdim olunmalı və aşağıdakı tələblərə uyğun tərtib edilməlidir:

- Microsoft Word (A4) formatında, Times New Roman şrifti ilə (hərflərin ölçüsü - 12; sətirlərarası interval - 1,15; kənardan məsafələr: soldan - 3 sm, sağdan - 1 sm, yuxarı və aşağıdan - 2 sm)

- Məruzənin həcmi 15 000-20 000 işarə arasında

- Məruzənin adı 12 şriftlə, böyük hərflərlə, tünd (bold)

- Müəllifin (müəlliflərin) soyadı, adı, atasının adı (tam açıq şəkildə), 12 şriftlə

- Müəllifin (müəlliflərin) elmi dərəcəsi, elmi adı, işlədiyi və ya təhsil aldığı (doktorant və dissertantlar üçün) müəssisənin adı, elektron ünvanı, əlaqə nömrəsi – 11 şriftlə, yeni sətirdə

- Xülasə 11 şriftlə, maksimum 1 000 işarə.

Məruzə mətninin strukturu aşağıdakı kimi tövsiyə olunur:

- Problemin qoyuluşu

- Təhlil və qiymətləndirmə

- Nəticə

- Ədəbiyyat siyahısı (əlifba sırası ilə) 11 sriftlə

Məruzələr elektron formada 18 avqust 2022-ci il tarixinə kimi Təşkilat komitəsinin məsul katibi i.e.d. R. Sabirə ([email protected] ünvanına) göndərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR