Mediasiya Şurasına 15018 iş daxil olub

Mediasiya Şurasına 15018 iş daxil olub
# 19 may 2022 16:06 (UTC +04:00)

İndiyə qədər Mediasiya Şurasına 15018 iş daxil olub.

APA xəbər verir ki, bu sözləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

O bildirib ki, ailə münaqişələri ilə bağlı şuraya 12872 iş daxil olub, onlardan 395-i barışıqla yekunlaşıb: "Kommersiya problemləri ilə bağlı 1550 iş daxil olub, onların 98-i barışıqla nəticələnib. Əmək mübahisələri ilə bağlı 596 iş olub. Onlardan 75-i barışıq sazişi ilə yekunlaşıb. Bu, təxminən 10 aydır fəaliyyət göstərən Mediasiya Şurası üçün yaxşı nəticə olsa da, biz az kimi qiymətləndiririk".

Sədr onu da deyib ki, Mediasiya Şurasının Bakıda 206 mediatoru fəaliyyət göstərir: "Regionda 75 mediator, Naxçıvanda isə qeydiyyata alınmış 5 mediator vətəndaşlara xidmət edir. Xüsusilə vurğulamaq istəyirəm ki, mediatorlardan 50-yə yaxını xanımlardır".

N.Adilov əlavə edib ki, qayda pozuntusuna yol verən 7 mediator nizamnaməyə uyğun olaraq cəzalandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR