Mediasiyaya dair inzibati xətalar üzrə icraat prokurorun qərarı ilə başlanılacaq

Mediasiyaya dair inzibati xətalar üzrə icraat prokurorun qərarı ilə başlanılacaq
# 07 oktyabr 2022 12:12 (UTC +04:00)

Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” qanunda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulması (602-2.3-cü maddə) və mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsi (602-2.4-cü maddə) ilə bağlı inzibati xətalar üzrə icraat prokurorun qərarı ilə başlanılacaq.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Eyni zamanda inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların sırasına inzibat xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi əsası da əlavə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR