Mehmanxanalarda maarifləndirmə tədbirləri keçirilib - FOTO

Mehmanxanalarda maarifləndirmə tədbirləri keçirilib - FOTO
# 24 noyabr 2022 12:47 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını vaxtında almaq, müəssisələrin bu sahədə fəaliyyət göstərən əməkdaşlarının yanğın təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.

FHN-dən APA-ya verilən məlumata görə, bu çərçivədə, növbəti belə tədbirlər 25-27 noyabr 2022-ci il tarixlərdə Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə “1st İnternational “Ojaq Cup" beynəlxalq turniri ilə əlaqədar olaraq, nümayəndə heyətlərinin yerləşəcəyi "Coutyard by Marriott Baku" və "Sport Plaza & Apartments" mehmanxanalarında keçirilib.

Tədbirlərdə müəssisənin bütün əməkdaşlarının yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi qeyd olunub. Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.

Həmçinin, yanğın zamanı zəruri davranışlar və insanların təhlükəsizliyinin təmin edilməsindən söz açılıb, su təchizatı ilə əlaqədar müvafiq tələblər barədə söhbət aparılıb.

Tədbirlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR